APA TV-yə platforma yayımçısı lisenziyası verilib
30 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib.
İclasda peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasının alınması məqsədilə “APA MARK” MMC, “Səhiyyə TV” MMC, “Aqro Televiziya və Radio” MMC və “ATV Plus” MMC tərəfindən Şuraya daxil olmuş müraciətlərə baxılıb.
Müraciət edən şirkətlər tərəfindən təqdim olunmuş sənədlər və onların məzmunu Şura üzvləri tərəfindən müzakirə olunub.
Geniş müzakirələrdən sonra peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının “APA MARK” MMC-yə (televiziya redaksiyasının adı: “APA TV”), “Səhiyyə TV” MMC-yə (televiziya redaksiyasının adı: “Səhiyyə TV”), “Aqro Televiziya və Radio” MMC-yə (televiziya redaksiyasının adı: “Agro TV”) və “ATV Plus” MMC-yə (televiziya redaksiyalarının adları: “Vivace” və “ATV+Cinema”) verilməsi barədə müvafiq qərarlar qəbul edilib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu