Aprel döyüşləri və Vətən Müharibəsi iştirakçısı işlə təmin edildi

# 13:30
15 iyul 2022

Qazi və onun ailə üzvü işlə təmin edilib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, Şəkinin Cəfərabad kənd sakini 1989-cu il təvəllüdlü Saleh Çələbiyev Vətən Müharibəsinin ikinci günü könüllü olaraq döyüşə yollanıb. O, Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 6-da yaralansa da, müalicə oluna-oluna yenidən döyüşlərə qatılıb. 2020-ci ilin dekabr ayında ordu sıralarından tərxis olunub. Prezidentin müvafiq əmri ilə Saleh Çələbiyev “Suqovuşanın azad olunmasına görə” və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.

Saleh Çələbiyev rayon rəhbərliyinə müraciət edərək, Cəfərabad kənd bağçasında müəllimə işləyən həyat yoldaşı Elza Çələbiyevanın bağça müdiri vəzifəsinə təyin edilməsini istəyib. Şəki Şəhər İcra hakimiyyəti başçısının müvafiq əmri ilə Elza Çələbiyeva 2021-ci il mart ayında Cəfərabad kənd körpələr evi – uşaq bağçasına müdir təyin edilib.

Şəki Şəhər İcra hakimiyyəti başçısının köməkliyi ilə Saleh Çələbiyev özü də bir-neçə ay əvvəl Mühafizə Xidmətində işlə təmin olunub.

Qeyd edək ki, Saleh Çələbiyev 2015 - 2016-cı illərdə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi Tərtərdə çalışıb. O, 2016-cı ildə, Aprel döyüşlərində də iştirak edib. Ali Baş Komandan, Prezident İlham Əliyev Aprel döyüşləri ilə bağlı Tərtər rayonuna səfər edən zaman Saleh Çələbiyevin qulluq etdiyi hərbi hissədə olub. Hərbi hissədə keçirilən görüş zamanı Aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə Saleh Çələbiyevə Ali Baş Komandan İlham Əliyev tərəfindən qol saatı hədiyə olunub.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR