Apreldə neçə gün iş olmayacaq?
Aprel ayında 12 gün iş olmayacaq.
Qeyri-iş günlərinin sayı Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin “2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2022-ci il 9 dekabr tarixli 438 nömrəli Qərarına əsasən müəyyənləşib.
Gələn ayın 21-i və 22-si Ramazan bayramıdır. 2023-сü ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq, 22 aprel şənbə gününə təsadüf etdiyindən, beşgünlük iş həftəsində 24 aprel də istirahət günüdür.
Beləliklə, Ramazan bayramında ardıcıl olaraq 21, 22, 23, 24 aprel qeyri-iş günləridir. Ümumilikdə həftəsonları da daxil olmaqla, gələn ay 12 gün iş olmayacaq.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi