Aramsız yağışlar Ağçay çayında daşqına səbəb olub
Lerikdə aramsız yağışlar Ağçay çayı üzərindəki su ötürücü boruları dağıdıb. Sel suları Lerik rayonu ərazisindəki su ötürücü borulara ziyan vurub. APA TV - nin yerli bürosunun verdiyi məlumata görə, Lerikdə iki gün aramsız yağan yağışlar nəticəsində sel suları Lerik rayonunun Şingədulan ərazisində, Ağçay çayı üzərində salınan suötürücü boruları dağıdıb. Kənd sakinləri bu borulardan körpü kimi istifadə edirdilər. Qeyd edək ki, Ağçay çayı üzərində qurulan su ötürücünün uzunluğu 3 - 4 metrdir. Bu çay üzərində körpü tikintisi nəzərdə tutulsa da, müəyyən səbəblərdən təxirə salınıb. Hazırda kənd sakinləri çayda suyun azalmasını gözləyir ki, çay yolu ilə gediş - gəliş edə bilsinlər. İlkin Rzayev Rövşən Almazoğlu APA TV L
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib