Araq almağa gedən "qanuni oğru" tutuldu

# 12:10
4 fevral 2022

Rusiyanın paytaxtı Moskvada qazaxıstanlı “qanuni oğru” saxlanılıb.

 

APA TV Lent.az-a istinadən xəbər verir ki, “Lexa Maymış” ləqəbli “qanuni oğru” Aytkali Maymışov “Alfa İzmayılov” otelindən çıxaraq, yaxınlıqdakı supermarketdən araq almaq istəyib. Bu vaxt təsadüfən polis tərəfindən yoxlanılıb. Yoxlama zamanı 63 yaşlı avtoritetin üzərindən metadon tapılıb. Polis idarəsində isə onun “qanuni oğru” olduğu məlum olub.

 

Məlumata əsasən, o, Dağlıq Altay diyarından Moskvaya gəlibmiş. Ancaq onun gəlişinin məqsədi məlum deyil.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR