Arayik Ağdam-Xankəndi yolunun açıldığını elan edib

# 17:21
23 avqust 2023

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağdakı qondarma qrumun dırnaqarası rəhbəri Arayik Arutyunyan avqustun 22-də iclas keçirib. Bu barədə Ermənistanın “Joğovurd” qəzeti məlumat verib. Bildirilib ki, Arayik keçirdiyi toplantıda Ağdam-Xankəndi yolunun açıldığını elan edib. Nəşrdə o da qeyd olunub ki, keçirilən iclasda humanitar yüklərin daşınmasında Rusiya sülhməramlıları iştirak edəcəyi bildirilib. “Joğovurd”da o da qeyd olunub ki, Arutunyan növbəti mərhələdə qaz və elektrik təchizatı məsələsinin müzakirəsi planlaşdırıldığını deyib. Sosial şəbəkələrdə o da paylaşılıb ki, Arayik Aratuntan iclasda Ağdam-Xankəndi yoluna qarşı çıxanları satqın, xain adlandırıb. “Xankəndidəki qurum Azərbaycanın təklifini qəbul edib.” Bunu isə öz sosial şəbəkə hesabında ermənistanlı politoloq, şərqşünas Sergey Melkonyan yazıb. O bildirib ki, Qarabağdakı ermənilər İrəvandan hər hansı təklifin gəlmədiyinə görə bu variantı qəbul etməyə məcbur qalıblar. Politoloq onu da əlavə edib ki, Azərbaycanın atdığı addımlardan sonra Qarabağda ermənilərin yaşadığı ərazilər bütövlükdə inteqrasiyası ediləcək. Fuad Sadıqov APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR