Arazdəyəndə tikilən zavod ekoloji fəlakət yaradacaq - Beynəlxalq ekspertlər

# 17:35
11 avqust 2023

Ermənistanın Cənubi Qafqaz ekologiyasını “Hamı üçün faciə”yə çevirməsinə dair "Environmental Protection First" koalisiyası bəyanat yayıb. Bəyanatda bildirilib ki, Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Vedibasar (Ararat) rayonunun Arazdəyən (Yerasx) ərazisində metallurgiya zavodunu tikməklə BMT-nin Avropa İqtisadi Komissiyası Konvensiyasının tələblərinə açıq şəkildə məhəl qoymur. Koalisiyanın araşdırmalarına görə, ümumiyyətlə Ermənistanda fəaliyyət göstərən mədən sənayesi müəssisələrinin torpaq, havanın keyfiyyəti, səth və yeraltı suların vəziyyəti, eləcə də flora və fauna ilə bağlı Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədləri ictimaiyyət üçün tam şəkildə açıqlanmır. İrəvanın coğrafiyada yaratdığı təhlükəli vəziyyət beynəlxalq ekspertləri də narahat etməyə başlayıb. Məsələ ilə bağlı kanalımıza açıqlama verən beynəlxalq məsələlər üzrə pakistanlı ekspert Xalid Teymur bildirib ki, Ermənistan davam edən sülh danışılarının fonunda Cənubi Qafqada ekolji sistemə zərər vurur. O əlavə edib ki, Ermənistan Naxçıvanla sərhəddə ağır metallurgiya zavodu açmaqla beynəlxalq qaydalara uyğun olaraq Azərbaycanla məsləhətləşmələr aparmalı idi. “Ermənistan ekoloji fəlakət törətməklə təkcə Azərbaycana deyil, həm də öz əhalisinə, digər qonşu ölkələrə ziyan vurur”. Bunu isə kenyalı ekspert Piter Oviti deyib. O əlavə edib ki, vəziyyətlə bağlı beyəlxalq təşkilatlara müraciət edilir. Qeyd edək ki, Arazdəyəndə metallurgiya zavodunun törədə biləcəyi ekoloji fəlakətə etiraz edən müxtəlif ölkələrin qeyri-hökumət təşkilatı təsis edilmiş “Environmental Protection First” Koalisiyasına dəstək verməkdə davam edirlər. Fuad Sadıqov APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR