Argentinanın vitse-prezidentinə sui-qəsd: ANBAAN
Argentina polisi vitse-prezident Kristina Fernandes de Kirşnerə silah tuşlayan şəxsi həbs edib.
APA xəbər verir ki, bu barədə “Cinco Noticias” kanalı məlumat yayıb.
Hadisə Fernandes de Kirşner evinin qarşısında avtomobildən çıxarkən baş verib. Kadrlardan görünür ki, kütlənin içində dayanan kişi tapançanı vitse-prezidentin alnına dirəyir. O tətiyi çəksə də, silah açılmır.
Polis hadisəni törədən şəxsi həbs edib. Onun daha əvvəl odlu silah gəzdirdiyinə görə həbs edilmiş Braziliya vətəndaşı olduğu bildirilir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu