“Armais, Bedo, Ermes və Xaçatryanın dəstəsi bizə zülm etdilər” – APA TV

# 19:47
1 noyabr 2023

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin noyabrın 1-də cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev məhkəmə iclasına sədrlik edib. Prosesdə zərərçəkmiş şəxs qismində dindirilən Salman Rəhimov bildirib ki, Meşəli hadisələri vaxtı kənddə olub: "Vaqifin rəhbərliyi ilə Badara kəndindən olan ermənilər və digər 1500 nəfərdən ibarət erməni silahlıları Meşəliyə hücuma keçdilər. Hadisə zamanı atamı və anamı öldürdülər”. Bunu Meşəli sakini, zərərçəkən Nadir Əkbərov deyib. O, kəndə səhərə yaxın hücum edildiyini bildirib: Zərərçəkən bildirib ki, Vaqif Xaçatryan Vitali Balasanyanın ən yaxın adamlarından idi və Əsgəranda Xocalı əsirlərini dəyişməklə məşğul olub. Digər zərərçəkən Elşən İbadullayev deyib ki, Meşəli hadisələrindən qabaq, yaylaqda olanda Badara kəndindən olan ermənilər onları bizi atəşə tutublar, Bir müddət keçəndən sonra həmin hadisələr baş verib. Təqsirləndirilən Vaqif Xaçatryan zərərçəkmişin ifadəsini təkzib edib və hadisə zamanı Məşəli kəndində olmadığını iddia edib. Niyazi İbadullayev isə bildirib ki, hadisələr baş verəndə qardaşı Sabir İbadullayev şəhid olub: Zərərçəkmiş şəxs qismində Əli Behbudov da ifadə verib. O deyib ki, hadisələr baş verən gün kəndin başında yerləşən postda olub: Vaqif Xaçatryan bildirib ki, bütün zərərçəkənlər ifadələrində onun adını çəkirlər, lakin o, hadisələr zamanı orada olmayıb. Prokuror Müqəddəs Sultanov isə zərərçəkmişlərin onun adını çəkməsinin həbsi və məhkəməsinin keçirilməsi ilə bağlı olmadığını deyib: Qeyd edək ki, Meşəli soyqırımımını törətməkdə təqsirli bilinən Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində sax¬lanılıb. Onun üzv olduğu cinayətkar dəstə 1991-ci il de¬kabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar. Ona qarşı Cinayət Məcəl¬ləsinin 103-cü və 107-ci maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçi¬lib. Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb. Proses noyabrın 6-da davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR