Arvad ərini döydü, uşaq küçədə qaldı - Azərbaycanda AİLƏ DRAMI

# 21:59
18 may 2022

Azərbaycanda azyaşlı körpə saatlarla küçədə qalıb.

APA TV xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat yayıb.

Hadisənin necə baş verdiyini öyrənmək üçün sığınacağa yollandıq. Məlum oldu ki, yoldan keçən 2 şəxs uşağın sakitcə oturub ağlamasını görərək dərhal ona yaxınlaşıblar. Azyaşlının itdiyini düşünüb, onu yaxınlıqdakı polis bölməsinə təhvil veriblər. Polislər isə azyaşlını sığınacağa gətirib: ”Səhəri gün uşağın atasını tapdıq. O bildirdi ki, uşaq uzun müddətdir bibisi ilə qalıb. Bibisi oğlu onu yol ortasında qoyaraq deyib ki, burda gözlə, qayıdacam, ancaq o gedən gedib və saatlarla geri gəlib uşağı götürməyib. Ata bildirir ki, uşağa baxa bilmir və uşağın anası dəfələrlə ona qarşı şiddət göstərib. Artıq məsələ ilə bağlı yerli icra hakimiyyət orqanına məlumat göndərilib. Boşanıb, ayrı yaşadıqlarından uşağı heç biri sahiblənmək istəmir. Qadın həyat yoldaşına şiddət göstərdiyinə görə, bu yaxınlarda məhkəmələri də olub. Bir sözlə, artıq balaca sığınacaqda qalacaq”.


Məsələ ilə bağlı uşağın atası ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab vermədi.


Mehriban Zeynalova qeyd edib ki, uşaq sığınacağa qəbul edilərkən üzərində zorakılıq əlamətləri olmayıb. Hazırda uşaqla psixoloji söhbətlər aparılır.

Semral Cavad
Ceyhun Mustafayev
APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR