Arvadına əsəbiləşib 300 adamı evsiz qoydu

# 13:38
10 avqust 2022

Yevlax yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğının bəzi təfərrüatları məlum olub. APA TV-nin yerli bürosunun xəbərinə görə, yanğına 1977-ci il təvəllüdlü Murad Əliyev səbəb olduğu məlum olub. Qonşuların dediyinə görə, həmişə içkili olan Murad Əliyevin həyat yoldaşı ilə mütəmadi olaraq ailə-məişət zəminində münaqişələri olub. Onun həyat yoldaşı bu hala artıq dözə bilmədiyindən evi tərk edib. İddialara görə, daha da hiddətlənən Murad Əliyev həmin gün yenə içkili vəziyyətdə evə gəlib və qəsdlə evi yandırıb. Qonşular evlərindən heç bir əşya çıxara bilmədiklərini deyirlər. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Binada olan 300-dən çox sakin təxliyyə edilib. Alovun söndürülməsi zamanı xəsarət alan Yevlax Yanğından Mühafizə Hissəsinin iki əməkdaşı və Yevlax Rayon Polis Şöbəsinin iki əməkdaşının vəziyyətlərinin normal olduğu bildirilir. Qeyd edək ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda da 1977-ci il təvəllüdlü Murad Əliyevin məişət zəminində baş vermiş mübahisə nəticəsində yaşadığı mənzildə qəsdən yanğın törətməsi faktı təsdiqlənib. Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci (zərərçəkmiş şəxsə yandırmaqla külli miqdarda ziyan vurmaqla qəsdən əmlakı məhv etmə) maddələri ilə cinayət işi başlanıb. Murad Əliyev şübhəli şəxs qismində saxlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR