Aşqabadda Heydər Əliyevin 100 illiyi münasibəti ilə konsert keçirildi
Türkmənistanın paytaxtı Aşqabadda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev – Azərbaycan və Türkmənistan qardaşlığı” adlı konsert keçirilib. Aşqabadın “Muğamlar” Sarayında iştirakçılar öncə “Heydər Əliyev – Azərbaycan və Türkmənistan qardaşlığı” adlı foto-sərgi ilə tanış olub. Foto-sərgidə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini, eləcə də Azərbaycan və Türkmənistan diplomatik münasibətlərini səciyyələndirən fotolar nümayiş olunub. Konsertin açılış mərasimində Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov çıxış edərək, ulu öndər Heydər Əliyevin ölkələrimizin əlaqələrinin inkişafına verdiyi töhfələr barədə danışıb. Daha sonra Azərbaycanın “Muğam” qrupu ilə Türkmənistanın Dövlət Simfonik Orekstrinin iştirakı ilə Azərbaycan xalq və bəstəkar mahnıları ifa olunub. Konsertdə Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyasının həmsədrləri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Batır Atdayev iştirak edib. Tədbirə həmçinin, Türkmənistan Hökumətinin digər rəsmi şəxsləri, xarici ölkələrin Türkmənistandakı səfirləri, diplomatik nümayəndəliklərin rəhbərləri, əməkdaşları, ailə üzvləri, eləcə də ictimaiyyət və media təmsilçiləri qatılıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu