Astara bağlarını şaxta vurdu, camaat nə edəcəyini bilmir

# 15:42
16 yanvar 2023

Astarada sitrus bağlarını şaxta vurub.

Bir neçə gün əvvəl rayona yağan güclü qar və şaxta Astaranın sitrus bağlarına ciddi ziyan vurub. Daha çox bu il əldə olunan bol məhsulun bir qismini indiyədək yığmayan, ağaclarda saxlayan təsərrüfat sahibləri ziyana düşüb.

Bu il qat-qat çox məhsula sevinən təsərrüfatçılar ucuz olduğundan meyvəni satmağa tələsməyiblər. Daha sərfəli qiymətə sata bilmək üçün  naringini anbarlarda, portağalı isə ağaclarda saxlayıblar. Amma meyvələri şaxta vurub, təsərrüfatlara külli miqdarda ziyan dəyib. Bəzi təsərrüfat sahibləri 10 min manata yaxın ziyana düşüb.

Bundan başqa, yağıntı çox yağdığına görə fərdi anbarlarda saxlanılan sitrus meyvələri də çürüyüb. Təsərrüfat sahibləri ərazidə saxlama kamerası olmadığından məhsulu ev şəraitində saxlamağa məcbur olduqlarını bildiriblər. Bu il yağıntılar çox düşdüyündən rütubətlilik maksimum həddə çatıb, bu da məhsulun çürümə riskini artırıb.

Qeyd edək ki, Astarada 2417 hektar naringi, 450 hektar portağal bağı var. Bağlardan 42 min ton naringi, 5 min ton portağal tədarük edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR