Astara sakini cərəyanvurmadan ölüb

# 10:03
10 iyul 2023

Astarada bədbəxt hadisə baş verib. 19 yaşlı gənci elektrik cərəyanı vurub. Hadisə Astara rayonunun Şüvi kənd inzibati ərazisinə daxil olan Səlivə kəndində baş verib. Belə ki, Səlivə kənd sakini 19 yaşlı Tofiq Məlikov axşam saatlarında həyətyani bağda yetişdirdiyi sitrus meyvə ağaclarını suvarmaq üçün su matorunu işə salıb. Bu zaman onu elektrik cərəyanı vurub. Tofiq Məlikov yerindəcə dünyasını dəyişib. Meyit daxili və xarici müayinə olunması üçün məhkəmə tibbi ekspertiza və potoloji anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Qeyd edək ki, Tofiq Məlikov iki bacının bir qardaşı idi. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR