Astara sakini Lənkəranda şəhidin ailə üzvünün pulunu oğurladı

# 13:22
10 oktyabr 2022

Lənkəranda şəhidin ailə üzvünün çantasından pul oğurlayan şəxs saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA TV-nin yerli bürosuna verilən məlumata görə, Astara sakini, Vətən müharibəsi şəhidinin ailə üzvü olan bir nəfər qadın polisə müraciət edərək Lənkəran şəhəri Mərkəzi bazar ərazisində olarkən çantasındakı pulun cibgirlik yolu ilə oğurlandığını bildirib. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində faktı törətməkdə şübhəli bilinən rayon sakini Seymur Məhərrəmov müəyyən edilərək saxlanılıb.

 

Şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR