Astarada 24 yaşlı gənc dənizdə boğuldu
Astarada 24 yaşlı gənc dənizdə boğularaq ölüb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, bədbəxt hadisə axşam saatlarında baş verib. Belə ki, rayonun Maşxan kənd sakini, 1996-cı il təvəllüdlü Rəşad Baxşıyev dənizin nəzarətsiz ərazisində çimərkən suda batıb.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışa cəlb olunub. Dalğıc-axtarış qrupunun səyi nəticəsində Rəşad Baxşıyevin meyiti sudan çıxarılaraq müayinə üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.
Qeyd edək ki, Rəşad Baxşıyev ailəli idi və bir övladı var. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi