Astarada keçmiş məhkum narkotik satarkən yaxalandı
Astarada narkotacir cinayət başında saxlanılıb
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat nəticəsində rayonun Ərçivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Şükür Səmədov 1 bükümdə heroini satarkən cinayət başında saxlanılıb.
“İsti izlər”lə davam etdirilən tədbirlər zamanı saxlanılan şəxsin Ərçivan qəsəbəsindəki yaşadığı evdən ümumi çəkisi 3 kiloqram 697 qram tiryək, 1,546 qram metamfetamin və 1 bükümdə heroin aşkarlanaraq götürülüb.
Şükür Səmədov narkotik vasitəni Behman adlı İran vətəndaşından əldə etdiyini və satışını təşkil etmək üçün evində saxladığını bildirib.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi