Astarada meşə yanğını - FHN-dən SON AÇIQLAMA
Bu gün səhər saatlarında Astara rayonunun Diqo kəndi yaxınlığında Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinə məxsus ərazidə baş vermiş yanğın söndürülüb.
Bu barədə APA TV-yə FHN-dən məlumat verilib. Məlumata görə, ilkin məlumata əsasən, yanğın nəticəsində təqribən 18 ha sahədə kol-kos, xəzəl və qurumuş ağac kötükləri yanıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlərin birgə səyi ilə yanğının genişlənərək meşə ərazisinə keçməsinin qarşısı alınıb.
Qeyd olunub ki, yanğın baş verdiyi ərazi mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün yanğınsöndürmə işləri zamanı əsasən əl əməyindən istifadə olunub.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu