Astarada torpaq sürüşməsi baş verdi
Astarada yağan güclü yağışlar rayonun Şiyəkəran kəndində torpaq sürüşməsinə səbəb olub. 10-a yaxın ailənin istifadə etdiyi yolda çökmə baş verib. Əraziyə aidiyyəti orqanların nümayəndələri cəlb olunub. Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları yolda təhlükəsizlik tədbirlərinin görülməsi işlərinə başlayıblar. Əraziyə ağır texnika cəlb olunub. Hazırda Pensər çayının istiqaməti dəyişdirilir. İlkin Rzayev, Rövşən Almazoğlu, APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu