Astarada yük maşını aşdı, 56 yaşlı kişi öldü
Astarada 56 yaşlı kişi yük maşınının aşması nəticəsində ölüb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Marzəsəy kəndində qeydə alınıb. Vüqar Aslanov idarə etdiyi "KamAZ" markalı avtomobillə Sahil Vəliyevin evinə mişardaşı aparan zaman bədbəxt hadisə baş verib.
Belə ki, dağlıq yolda nəqliyyat vasitəsi idarəetmədən çıxıb və aşıb. Nəticədə avtomobilin yük yerində mişardaşlarının üstündə oturan 1965-ci il təvəllüdlü Sahil Vəliyev hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib