“Aşura” mərasimi keçirilməsinin qarşısı alınıb - SABUNÇUDA
Avqustun 30-da paytaxtın Sabunçu rayonu ərazisində bir qrup şəxsin “Aşura” mərasiminin keçirilməsi ilə əlaqədar müxtəlif ünvanlarda toplaşdıqları müəyyən edilmiş və onlar ərazidə xidmət aparan Sabunçu RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətiriliblər.
Sabunçu RPİ-dən APA TV-yə verilən məlumata görə, onlarla izahedici söhbətlər aparılıb.
Xüsusi karantin rejimi qaydalarını pozaraq sosial məsafəni gözləmədiklərinə görə ümumilikdə 24 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib olunub.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi