At əti satan şəxs iş başında yaxalandı
Bərdə rayonunda at əti satışının qarşısı alınıb.
APA TV-nin Qarabağ bürosu xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz at ətinin satışı ilə məşğul olan şəxs saxlanılıb. Bərdə şəhərinin Səməd Vurğun küçəsində yaşayan, 1979-cu il təvəllüdlü Babayev Rövşən Qinyaz oğlu gizlin şəkildə yaşadığı evin həyətyanı sahəsində 2 baş atı kəsərkən tutulub.
Ondan 110 kq at əti müsadirə olunub və Qida Təhlükəsizliyi Agentliyinin Bərdə rayon şöbəsinə təhvil verilib. Ət müayinə olunmaq üçün laboratoriyaya göndərilib.
Qeyd edək ki, Rövşən Babayev 2019-cu ildə at ətini satmaq üçün Bakıya apararkən tutulub.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu