“Atam ordan çıxanda 10 yaşı var idi, indi biz 8 yaşında qayıdırıq”

# 12:54
11 sentyabr 2023

 

Yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Növbəti köç karvanı bu gün Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 24 ailə olmaqla 92 nəfər köçürülüb. 30 ildən sonra doğma yurdlarına, evlərinə qayıdan Füzuli sakinlərinin sevinclərinin isə həddi-hüdudu yox idi. Füzuli şəhərinin sakinləri torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərin xatirəsini böyük ehtiramla yad ediblər. Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Füzuli şəhərində 119 ailə, yəni 441 nəfərin daimi məskunlaşması təmin edilib. LƏMAN SALEHOVA ARİF ƏLİYEV APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR