Atası I Qarabağ,qardaş vətən müharibəsində iştirak etmişdi, özü şəhid oldu
Qarabağda keçirilən antiterror tədbirləri zamanı şəhid olan Əhməd Zamanlı Şəmkirin Könüllü kəndində anadan olub. Elə doğma kəndində də torpağa tapşırılıb. Onun atası Azad Zamanov Birinci Qarabağ müharibəsinin, qardaşı Murad Zamanlı isə 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Mingəçevir Turizm Kollecinin tələbəsi olan şəhid Əhməd Zamanlı Vətənə xidmətini başa vurduqdan sonra təhsilini davam etdirmək niyyətində imiş. Qeyd edək ki, evin sonuncu övladı olan 19 yaşlı əsgər xidmətə ötən ilin iyulunda çağırılmışdı.
Fuad Nazimoğlu
Mehdi Rəşid
APA TV ŞƏMKİR
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu