ATU-nun Tədris Cərrahiyyə Klinikasında 33 həkim koronavirusa yoluxub
"Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 33 həkim COVID-19-a yoluxub".
Bunu APA-ya açıqlamasında ATU-nun mətbuat katibi Günel Aslanova deyib.
O bildirib ki, həkimlərdən 27 nəfərin müalicəsi hazırda davam etdirilir: "6 nəfər evə buraxılıb. Onlardan 21-i reanimasiya şöbəsinin həkimidir. Hazırda müalicə alanlardan 6-nın vəziyyəti ağır, 15-i orta-ağır, digər 6 nəfərin isə vəziyyəti yüngüldür. Onlar öz həkimlərimiz tərəfindən müalicə olunurlar".
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi