Audiovizual Şurada Nail Kəmərli ilə psixoloq arasında gərginlik

# 20:00
14 dekabr 2023

Azərbaycan Respublikası Audiovizual Şurası və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə narkomanlıq və onun fəsadları barədə mediada daha dolğun məlumatların, müəllif yazılarının hazırlanması məqsədilə narkomanlığın spesifik cəhətləri ilə bağlı televiziya jurnalistləri üçün təlim keçirilib. Tədbiri giriş sözü ilə açan Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov bəşəriyyətin ən böyük bəlasına qarşı mübarizədə media sahəsinin üzərinə də mühüm məsuliyyət düşdüyünü bildirib. Daha sonra Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri Raqif Allahverdiyev, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun rəhbəri Nəcəf Aydınoğlu, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Psixoloqu Ramin Allahverdiyev çıxış ediblər. Onlar ölkəmizdə “ağ ölüm”ə qarşı mübarizənin gücləndirilməsi üçün antinarkotik təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıblar. Müzakirələr zamanı Ramin Allahverdiyevin reabilitasiya mərkəzlərini tənqid etməsi vloger Nail Kəmərlinin etirazına səbəb olub. Nəticədə tərəflər arasında mübahisə yaranıb. REAL TV-nin əməkdaşı Kamran Qasımov da Nail Kəmərlinin fikirləri ilə razı olduğunu bildirib. O deyib ki, narkomanlığa qarşı mübarizə mediada əksini tapmalıdır. APA TV-nin baş direktoru Orxan Məmmədli isə marixuananın leqallaşdırılmasından söhbət açıb. Orxan Məmmədli bununla bağlı iştirakçılara sual da ünvanlayıb. Təlim media nümayəndələrini maraqlandıran suallar və mövzu üzrə müzakirələrlə davam edib. ORXAN ASLAN TURAL ƏLİZADƏ APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR