Bank Of Baku

AVRO-2020-nin kuboku yerə düşüb, qırılmayıb – HADİSƏ ANI

# 11:47
26 aprel 2021

Avropa çempionatının kuboku qırılmaq təhlükəsi ilə üzləşib.

 

APA TV-nin məlumatına görə, hadisə Rumıniyanın paytaxtı Buxarestdə baş verib.

 

Kubok “Trofi tur” çərçivəsində Milli arenada nümayiş olunub. Canlı yayım zamanı xanım jurnalist tədbir barədə məlumat verərkən güclü külək qalxıb. Külək səbəbindən banner kubokun üzərinə düşərək onu yerə salıb. Lakin kubok qırılmayıb.

 

Baş verən hadisədən sonra UEFA Buxarestdəki tədbirləri ləğv edib. Kubok Macarıstanın paytaxtı Budapeştə aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR