Avropa köhnə AES-ləri işə salır: Nüvə qazı əvəz edəcək?

# 17:50
27 fevral 2023

Rusiya-Ukrayna müharibəsindən sonra Avropa ölkələrinin alternativ enerji mənbələri axtarışı güclənib.

Artıq bəzi Avropa ölkələri istismar müddəti başa çatdığı üçün istifadəsinə son vermək istədikləri Atom Elektrik Stansiyalarını təkrar aktiv hala gətiriblər. Belçika bu günlərdə istismar müddəti başa çatacaq iki AES-in istifadə müddətini 10 il artırmaq qərarına gəlib. Niderland Krallığı isə 2 yeni AES tikməklə bağlı qərar verib. Yeni Atom Elektrik Stansiyası tikmək fikrinə düşənlər arasında Böyük Britaniya da var.

Bundan başqa, Avropa İttifaqı ölkələrində istismara bağlanan 26 kömür mədəni yenidən fəaliyyətə başlayıb. Köhnə mədənlərin təkrar istifadəsinə ən çox Almaniyada rast gəlinir.

Hazırda Avropa ölkələrində enerjinin əldə edilməsi sahəsində ilk sırada Atom Elektrik Stansiyaları durur. Bir il budan öncəyə qədər isə qaz ilk sırada idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR