Avropada İLK DƏFƏ: Meymunçiçəyindən ölüm qeydə alındı

# 12:40
30 iyul 2022

İspaniyada bir nəfər meymunçiçəyi xəstəliyindən ölüb.

 

APA TV Lent.az-a istinadən xəbər verir ki, bu, Avropada meymunçiçəyindən ilk ölüm hadisəsidir.

 

İspaniya Səhiyyə Nazirliyi indiyədək meymunçiçəyi ilə 120 nəfərin xəstəxanaya müraciət etdiyini və bir nəfərin dünyasını dəyişdiyini bildirib.

 

Nazirlik ölümlə bağlı hər hansı təfərrüat verməyib, lakin İspaniyanın dövlət xəbər agentliyi “Efe” və digər media qurumları bunun ölkədə ilk meymunçiçəyi ölümü olduğunu bildirib.

 

Nazirlik həmçinin bildirib ki, İspaniyada virusa yoluxanların sayı 4298 nəfərdir. 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR