Bank Of Baku

Avtomatdan atəş açıldı, əsgərimiz həlak oldu

# 10:38
14 iyul 2022

İyulun 13-ü saat 23 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Manafzadə Ruslan Şərif oğlu avtomat silahdan açılmış atəş nəticəsində ölüb.

 

Bu barədə APA-nın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

 

Qeyd olunub ki, faktla bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.

 

Hazırda istintaq aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR