Avtomobil, ov tüfəngi, təhlükəsizlik kamerası və pul oğurlayan şəxslər saxlanıldı
Abşeron rayon polis idarəsinin əməkdaşları oğurluqda şübhəli bilinən şəxsləri saxlayıblar.
Həyata keçirilən əməliyyat axtarış tədbirləri zamanı Masazır kəndi ərazisində avtomobil oğurlamaqda şübhəli bilinən əvvələrdə məhkum olunan 33 yaşlı Amil Dadaşov saxlanılıb. İstintaq zamanı onun Masazır kəndində 2 ədəd ov tüfəngi və evlərdən pul götürdüyü də məlum olub.
AMİL DADAŞOV- SAXLANILAN ŞƏXS
Abşeron rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyatla, Hökməli dairəsi adlanan əraziyə yaxın Çiçək qəsəbəsində bir obyektdən oğurluq edən , Şirvan şəhər sakini 27 yaşlı Cavidan Quliyev tutulub. Onun həmin obyektdən bir neçə təhlükəsizlik kamerası və bir ədəd Noutbok apardığı məlum olub.
CAVİDAN QULİYEV- SAXLANILAN ŞƏXS
Hər iki faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb. Araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq