Avtomobil piyadanı vuraraq öldürüb
Sumqayıtda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Lada Priora markalı avtomobil şəhərin 12-ci mikrorayon Üzeyir Hacıbəyov küçəsində hərəkətdə olarkən yol kənarı ilə gedən 62 yaşlı Qorxmaz Qurbanovu vurub. Yaralı aldığı ağır bədən xəsarətlərindən elə hadisə yerində dünyasını dəyişib. Onun meyiti Sumqayıt şəhər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsinə təhvil verilib. Sürücü isə saxlanılaraq məsuliyyətə cəlb edilib. Qeyd edək ki, hadisəyə yolun qaranlıq olması və sürücünün həmin şəxsi görməməsi səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı