Avtomobillərin təkərləri təmir vaxtı niyə partlayır?

# 17:20
19 iyun 2023

Son vaxtlar avtomobillərin təkərlərinin partlaması ilə bağlı xəbərləri tez-tez eşidirik. Təkər partlayışları əsasən təmir prosesində baş verir. Belə partlayışlar bəzən ağır xəsarətlər, hətta ölümlə də nəticələnə bilir. Bəs bu kimi faciəvi hadisələr nədən qaynaqlanır? Təkər ustası Salih Çakmakçı deyir ki, təmir zamanı qəzaların baş verməsi ustaların qeyri-peşəkar olması ilə əlaqədardır. Onun sözlərinə görə, öncə təkərin təmirə yararlı olub-olmadığına diqqət etmək lazımdır. Usta yol qəzalarının əksəriyyətinin təkərlərin nasazlığı ilə bağlı olduğunu deyir. Salih usta vaxtından tez sıradan çıxmaması üçün təkərin havasını mütəmadi yoxlatdırmağı məstələhət görür. Təkər satışı üzrə menecer Sahib Feyzullayev 10 min km-dən sonra təkəri yoxlatdırmağı tövsiyə edir. Bəli, sağ qalmaq, qəzalardan uzaq olmaq üçün təkərlərin sazlığına diqqət etməliyik. Əks təqdirdə başımıza hər an bədbəxt hadisə gələ bilər. ORXAN ASLAN XƏYAL İSKƏNDƏROV APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR