Avtoritet aşiqi şagirdlər kimlərdir? - Nazirlik axtarır

# 14:35
25 yanvar 2022

Ötən gün sosial şəbəkələrdə orta məktəblərin birində şagirdlərin müəllimə qarşı hörmətsizlik etməsi ilə bağlı görüntülər yayılıb. 

 

APA TV xəbər verir ki, Videoda şagirdlərdən biri ayaqlarını partanın üzərinə uzadır, digəri isə müəllimin arxasında dayanıb portretləri lağa qoyur. Görüntülərdən məlum olur ki, sinif otağındakı stulların üzərində müxtəlif kriminal avtoritetlərin adı yazılıb, oğru dünyasına aid simvollar çəkilib. Sosial mediada ciddi müzakirələrə səbəb olan bu video müəllimə və təhsil sisteminə hörmətsizlik kimi qiymətləndirilib.

 

Yeri gəlmişkən, partaların üzərində Rövşən, Nihad, Quli, Elmir adları açıq-aydın görünür.

 

Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən bildirildi ki, görüntülərin Azərbaycan məktəblərində çəkilməsi məsələsi təsdiqini tapmayıb: “Eyni dildə danışan, təxminən eyni adlara malik olan insanlar müxtəlif ölkələrdə var. Məsələn, bizim qonşu regionlarda da var və s. Sosial şəbəkə böyükdür. Tutaq ki, “Oğru Quli” adı təkcə Bakı, yaxud ümumən Azərbaycanda deyil, bu ətraf qonşu ölkələrdə də ola bilər. Üəni, araşdırırıq, amma bu görüntülərin Bakı, yaxud hər hansısa başqa bölgədə olması ilə bağlı məlumat tara bilməmişik”.

 

Məlumat üçün bildirək ki, yayılan videonun bütün detalları Azərbaycan dilindədir. Hətta fon musiqisi kimi əlavə edilmiş meyxana belə.

 

Mir Çingiz Ağazadə

APA TV 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR