Avtoxuliqanlıq edib sosial şəbəkələrdə paylaşdı

# 12:17
5 noyabr 2022

Avtoxuliqanlıq edən Astara sakini saxlanılıb.

 

APA TV-nin yerli bürosu xəbər verir ki, avtoxuliqanlıq edərək həmin görüntüləri sosial şəbəkələrdə paylaşan Astara sakini artıq həbs edilib. Astara rayon sakini Elşən Əliyev idarə etdiyi "VAZ 2106" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi açıq şəkildə pozub.​ Digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan bu əməlini, eyni zamanda sükan arxasında spirtli içki qəbul etməsinə aid görüntüləri sosial şəbəkələrdə paylaşıb.


Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan həmin şəxs, müvafiq tibbi müayinədən keçdikdən sonra isə onun həm də narkotik vasitə istifadəçisi olduğu müəyyən edilib. İntizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə dəfələrlə pozan Elşən Əliyev barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

 

Məhkəmənin qərarı ilə Elşən Əliyev məsuliyyətə cəlb olunub və o 25 gün müddətində inzibati qaydada həbs edilib.

 

 

İlkin Rzayev

Rövşən Almazoğlu

APA TV Astara

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR