Axşam düşən kimi hamı at çapmağa tələsir - Dəniz qırağında möhtəşəm anlar - APA TV
Kimisi atdan qorxur, kimi yıxılmaqdan. Kimi də ümumiyyətlə, bunu bacarmayacağını düşünür. Amma at sürmək maraqlı bir əyləncə növüdür. APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, Sumqayıtda elə ki axşam saatları oldu sakinlər dənizkənarında at çapmağa tələsir. Düz dənizin kənarında, dalğaların səsini dinləyərək at çapmağı öyrənənlər heç də az deyil. Əgər bu sahildən keçsəniz və at sürmək fikrinə düşsəniz bacarmamaq fikri sizi qorxutmasın. Çünki şəhər sakinlərinə at sürməyi öyrədən 13 yaşlı bu çaparla qarşılaşsanız o sizi də öyrədəcək. Gülay Fərzəliyeva deyir ki, çapar olmaq həvəsi kiçik yaşlarından yaranıb. Gülayın at çapmaq məharəti hamı tərəfindən də maraqla qarşılanır. At muraddır, at insanların ən yaxın və sədaqətli dostudur. Muradınıza çatmanız diləyi ilə...
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib