Aysun özünü öldürəcəyini əvvəlcədən deyibmiş...
Ötən gün Qəbələnin Nohurqışlaq kəndində özünü ov tüfəngi ilə vuraraq öldürən 23 yaşlı Aysun Ədilova ilə bağlı bəzi təfərrüatlar məlum olub.
APA TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, Aysun intihar etməmişdən bir müddət öncə özünə qapanıb. Buna sevdiyi oğlanla arasında yaranan soyuq münasibətin səbəb olduğu bildirilir.
Buna görə də Aysun, yaxın ətrafına dəfələrlə yaşamaq istəmədiyini, bezdiyini, özünü öldürəcəyinə dair mesaj ötürüb.
Hadisənin baş verdiyi gün Aysun Ədilova ev işləri görüb. Daha sonra otaqdan atəş səsi eşidilib. Aysunun özünü öldürdüyünü ilk balaca qardaşı görüb, ardınca anasına məlumat verib. İntihar edən gəncin böyük qardaşı isə hazırda hərbi xidmətdədir.
Qeyd edək ki, Aysun Ədilova orta təhsilli olub. O, bir müddət əvvəl Bakıda tibb kursunda təhsil alıb. Eyni zamanda Bakıda marketlərin birində satıcı işləyib.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?