Azad olunmuş ərazilərdə indiyədək 20 modul və konteyner tipli hərbi hissə istifadəyə verilib

# 13:52
14 may 2021

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov Ordumuzun şəxsi heyətinin döyüş hazırlığının artırılması və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində aparılan işlər çərçivəsində azad olunmuş ərazilərdə yerləşən hərbi hissələrdə olub.

 

Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, müdafiə naziri bölmələrin təminatını və şəxsi heyətin döyüş hazırlığının səviyyəsini yoxlayıb, döyüş qabiliyyətinin artırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

 

Yeni inşa edilmiş hərbi hissələrə baxış keçirən nazirə məruzə olunub ki, indiyədək müxtəlif istiqamətlərdə 9 modul tipli və 11 konteyner tipli hərbi hissə şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də məişət şəraitinin təmin edilməsi üçün istifadəyə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR