Azad olunmuş ərazilərdəki abidələrin taleyi necə olacaq? - Nazir açıqladı

# 17:02
6 oktyabr 2022

Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərdəki abidələrə peyk vasitəsilə baxış həyata keçiririk.

APA TV xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib. O bildirib ki, torpaqların azad edilməsindən qabaq peyk məlumatlarından daha çox istifadə olunurdu: “İndi abidələrə gedib yerində baxmaq imkanımız var”.

 

Mədəniyyət naziri Anar Kərimov dağıdılmış və aşkar edilmiş tarixi mədəniyyət abidələr barəsində də dövlət tərəfindən tədbirlər planı hazırlandığını bildirib.

“Azad olunmuş ərazilərdə 706 tarixi mədəniyyət abidəsi dövlət qeydiyyatından keçib. Onların artıq monitorinqləri nəticəsində 403-ü aşkar edilib və onlar barədə də bütün arxiv sənədləri toplanılır. Üstəlik onların vəziyyətləri ilə bağlı təhlillər aparılır, pasportları hazırlanması planlaşdırılır.  403 abidədən 56-nın pasportu hazırlanıb ki, bu da gələcəkdə elmi mənbədir ki, onların konservasiyasında istifadə olunsun.”

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR