Azad Rəhimovun oğlu ictimaiyyətdən pandemiya səbəbindən dəfn mərasiminə gəlməməyi xahiş edib

# 11:34
1 may 2021

“Atam Azad Rəhimov dünən Bakı vaxtı ilə saat 22:45-də ağciyər xərçəngindən müalicə aldığı Amerika Birləşmiş Ştatlarında dünyasını dəyişib. O, uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəksə də, həyatının son anına qədər Vətənini, dövlətini düşünürdü. Atam çox xoşbəxt idi ki, sağlığında Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Qarabağı azad etməsinin şahidi oldu”. 

 

APA TV xəbər verir ki, bunu ötən gün dünyasını dəyişən Gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov “facebook” hesabında yazıb.

 

“Biz bilirik ki, bir çox insan onunla sağollaşmaq istəyir, ancaq pandemiya səbəbindən anlayış göstərərək dəfn mərasiminə gəlməməyinizi xahiş edirik.

 

Ailəmiz üçün bu çətin anda bizə dəstək olan cənab Prezidentə, hörmətli Vitse Prezidentə və ictimaiyyətə təşəkkür edirik”, - deyə Arif Rəhimov bildirib. 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR