Azaraq Azərbaycan ərazisinə keçən erməni əsgərin taleyi necə olacaq?
Bu il aprelin 23-də Zəngilan rayonu ərazisində Azərbaycan sərhədçiləri tərəfindən saxlanılan Ermənistan ordusunun əsgəri Eduard Arturoviç Martirosov yaxın vaxtlarda qarşı tərəf təhvil veriləcək.
APA TV xəbər verir ki, bu barədə Caliber.Az məlumat yayıb.
Azərbaycan tərəfinin apardığı araşdırma nəticəsində müəyyən edib ki, Eduard Martirosov diversant olmayıb, Azərbaycan dövlətinə qarşı cinayətlərdə iştirak etməyib və azaraq Azərbaycan sərhədini keçib. Onun təhvil verilməsi Rusiyanın sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə Ağdamda baş tutacaq.
“Çox güman ki, erməni əsgərin Ermənistan tərəfinə qaytarılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında bu yaxınlarda Brüsseldə baş tutan görüşün nəticəsi olaraq baş verib”, - deyə mənbə yazır.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?