Azay Quliyev: “Yaxşı olar ki, bu kimi dövlət təşkilatlarında İctimai şuralar yaradılsın”
“Qaz sayğacları ilə bağlı yaranan problem haqqında çoxlu şikayətlər daxil olur”.
APA TV-nin xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azay Quliyev deyib.
Deputat bildirib ki, “Azəriqaz” QSC-nin rəhbərliyi bununla bağlı açıqlama versə də, problem olduğu kimi qalır: “Sayğaclar dəyişdiriləndən sonra qaz sərfiyyatı çox olur. Təklif edirəm ki, biz bunun həllini tapaq. Bəlkə “Azəriqaz”ın rəhbər şəxslərinin təmsil olundu bir İşçi qrup yaradılsın. Şikayət edən vətəndaşlar da bu İşçi Qrupda təmsil olunsun. Yaxşı olar ki, bu kimi dövlət təşkilatlarında İctimai şuralar yaradılsın. Çünki bu barədə şikayətlər çoxdur. Sosial şəbəkələrdə də “Azəriqaz”la bağlı şikayətlər yayılır. Bu məsələ öz həllini tapmalıdır”.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Əfv olunanlar arasında Martin Ryan da var
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU