Azərbaycan Ayın araşdırma missiyasında yer ala bilər

# 18:31
3 oktyabr 2023

Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin ikinci günündə “Artemis” Ay proqramının prioritet həmsədrləri JAXA, ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) və Polşa Kosmik Agentliyi birgə mətbuat konfransı keçiriblər. Konfransda bildirildi ki, son dövrlərdə texnologiyanın bu sahəsində və xüsusilə "Artemis" layihəsində bəzi uğurlara imza atılıb. Həmsədrlər vurğulayıblar ki, layihədə məqsəd Ay səthinin kəşf edilməsidir. Biz "Azərkosmos" ilə əməkdaşlıq edirik. Onlarla müxtəlif səpkidə münasibətlərimiz qurulub. Bunu Yaponiya Kosmos Araşdırma Agentliyinin (JAXA) prezidenti Hiroşi Yamakava deyib. O vurğulayıb ki, Ayın araşdırma missiyası olan "Artemis"də Azərbaycan iştirak edərsə, şad olarıq. “Azərkosmos"un bizimlə əməkdaşlığına hazırıq. Onlarla birinci və ikinci faza məlumatları paylaşa bilərik”, deyə Yaponiya Kosmos Araşdırma Agentliyinin prezidenti Hiroşi Yamakava əlavə edib. Xatırladaq ki, 74-cü Beynəlxalq Astronavtika Konqresində 33 ölkə iştirak edir, Həmçinin 140-dan çox şirkət sərgi pavilyonunda təmsil olunur. Habelə 101 ölkədən 4000-ə yaxın iştirakçı konqresdə iştirak üçün qeydiyyatdan keçib. Beynəlxalq tədbirə ümumilikdə 33 şirkət sponsor qismində dəstək göstərir. Fuad Sadıqov Həzrət Bayramlı APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR