Azərbaycan Bolqarıstanı 3:1 məğlub etdi – APA TV

# 23:03
2 noyabr 2023

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında yarımfinala yüksəlib.

Yığma 1/4 finalda Bolqarıstana qalib gəlib. Portuqaliyanı 3 cavabsız qolla üstələyən Elşad Quliyevin yetirmələri budəfəki rəqib üzərində 3:1 hesablı qələbə qazanıblar. Komandamızın heyətində 28-ci dəqiqədə Vüsal İsayev, 32-ci dəqiqədə Rəvan Kərimov, 36-cı dəqiqədə isə Mirmehdi Rzayev fərqlənib.

Millimiz yarımfinalda Qazaxıstanla qarşılaşacaq. Həmin görüş noyabrın 3-də baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR