Azərbaycan diasporu: Xersondan təxliyə mümkün deyil
“Xerson şəhəri tam mühasirədədir. Dünən saat 5.00-dan başlayaraq Rusiya hərbi karvanı qərb istiqamətindən şəhərə daxil oldu, geniş miqyaslı hücum başladı”.
Bunu APA-ya açıqlamasında Ukrayna Xerson Azərbaycanlıları Diaspor Təşkilatı Ağsaqqallar Şurasının sədri Əlimərdan Kərimov bildirib.
Ə. Kərimov deyib ki, şəhərdə bir məktəb və bir çoxmərtəbəli bina raket zərbəsinə tuş gəlib, hazırda şəhər daxilində döyüşlər gedir.
Şəhərdən evakuasiyanın təhlükəli olduğunu vurğulayan Əlimərdan Kərimov azərbaycanlı əhalini evlərində qalmağa çağırdıqlarını söyləyib: “Düzdür, əhali minimum müddət üçün ərzaq toplayıb, telefonlar hələ işləyir, elektrik var. Bəzi yerlərdə telefon xətləri qırılıb, ancaq əksər yerlərlə telefon əlaqəmiz var. Ancaq mağazalarda ərzaq məhsulları da tükənir. Şəhərdə dünən gəzmək mümkün idisə, bu gün artıq gəzmək çox təhlükəlidir, faktiki mümkünsüzdür. Ona görə də soydaşlarımızı “Whatsapp” qruplarımızda, sosial şəbəkələrdə evlərində qalmağa çağırırıq. Şükür, soydaşlarımız arasında yaralanan və həyatını itirənlər yoxdur. Ancaq artıq evdən çıxmaq təhlükəlidir, təhlükəsizlik üçün ilk növbədə evdə qalmaq lazımdır”.
Əlimərdan Kərimov Xersonu tərk etmək, təxliyə üçün müraciət edən soydaşlarımıza da evlərində qalmağı tövsiyə etdiklərini söyləyib: “Çünki şəhərdən təhlükəsiz çıxış faktiki mümkün deyil”.
Qeyd edək ki Xerson şəhər meri İqor Kolxayev “Facebook” səhifəsində yazıb ki, şəhər atəş altındadır.
DİGƏR XƏBƏRLƏR
![Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6684412821d6e6684412821d6f17199434646684412821d6b6684412821d6c.jpg)
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
![Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682be55512976682be555129817198444376682be55512956682be5551296.jpg)
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
![Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823df42a73f66823df42a740171981157266823df42a73d66823df42a73e.jpg)
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
![Gəncədə ağır yol qəzası baş verib](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823dae71e8766823dae71e88171981150266823dae71e8566823dae71e86.jpg)