Bank Of Baku

“Azərbaycan dövlətini, xalqını qorxutmaq olmaz” - Qənirə Paşayava

# 12:12
4 aprel 2023

“Biz deputat həmkarımız Fazil Mustafaya qarşı terror aktını kəskin qınayırıq”.

 

Bunu bu gün Milli Məclisin iclasında Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.

 

Qənirə Paşayava deyib ki, bu terror əməlində əli olan hər kəsin cəzasını alacağına inanır: “Fazil Mustafaya atılan güllə dövlətimizə atılan güllədir. Bu şəbəkəni xaricdən idarə edənlər bilməlidir ki, Azərbaycan dövlətini, xalqını qorxutmaq olmaz. Gərəkən addımlar atılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR