Azərbaycan ən son müasir texnoloji silahlarını nümayiş etdirəcək - APA TV

# 17:02
30 avqust 2022

Bakıda sentyabrın 6-dan 8-dək keçiriləcək "ADEX” və 13-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgilərinə həsr olunan mətbuat konfransı keçirilib. Konfransda çıxış edən müdafiə sənayesi nazirinin müşaviri Arif Babayev deyib ki, sərgi dünyada böyük əks-səda yaradıb. Onun sözlərinə görə, müasir silah və texnika sərgisi olan "ADEX"in əvvəlki sərgilərindən fərqi ondadır ki, bu sərgiyə daha çox ölkədən şirkət və nümayəndə heyətə qatılacaq. O qeyd edib ki, bu il keçiriləcək sərgiyə 32 ölkədən 208 şirkət və 31 rəsmi nümayəndə iştirak edəcək. Arif Babayev sərgidə Azərbaycanda istehsal olunan ən son müasir texnoloji silahların da nümayiş etdiriləcəyini vurğulayıb.

 

Arif Babayev onu da əlavə edib ki, sərgidə aviasiya, hərbi dəniz sistemləri, zirehli döyüş nəqliyyat vasitələri, radioelektron sistemlər, müasir silah-sursatlar və s. nümayiş olunacaq.

 

Daha sonra çıxış edən sərgilərin layihə meneceri Ülkər Qasımova bildirib ki, 13-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisində xüsusi xidmət sahələrinə aid olan avadınlıqlar və silahların sərgisi keçiriləcək və sərgi Müdafiə, Müdafiə Sənayesi, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizlik və Dövlət Sərhəd xidmətlərinin dəstəkləri ilə təşkil olunacaq.

 

 “Qarabağ müharibəsində qazanılan qələbədən sonra ADEX sərgisinə daha böyük maraq yaranıb” Bunu isə çıxışında “Caspian Event Organisers” şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə deyib. O bildirib ki, bu sərgidə 2 mindən çox insanın iştirak edəcəyi gözlənilir.

 

Fuad Sadıqov

Fariz Quluyev

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR