Azərbaycan əsilli rusiyalı iş adamı “Dostluq” ordeni ilə təltif edildi – APA TV
Azərbaycan əsilli rusiyalı iş adamı “Kiyevskaya Ploşad” şirkətinin Direktorlar Şurasının sədri Qod Nisanova Azərbaycan Respublikasının “Dostluq” ordeni təqdim olunub. Mükafatlandırma mərasimi Azərbaycanın Moskvadakı səfirliyində baş tutub. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Qod Nisanovun xidmətlərindən danışıb və gələcək fəaliyyətində uğurlar arzu edib.
Qod Nisanov isə “Bu, təkcə mənim deyil, Azərbaycanı canı ilə dəstəkləyən bütün soydaşlarımın mükafatıdır” deyə vurğulayıb. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Qod Nisanov xalqlar arasında dostluğun möhkəmləndirilməsində və Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu