Azərbaycan-İran sərhədindəİNSİDENT:atəş açıldı
İranla sərhəddə insident yaşanıb.
Dövlət Sərhəd Xidmətindən APA TV-yə verilən məlumata görə, Cəlilabad rayonunun Cəfərli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin dövlət sərhədi yaxınlığında mühəndis çəpərinə yaxınlaşması müşahidə edilərək, “Dayan” əmri verilib və havaya xəbərdarlıq atəşi açılıb. Buna baxmayaraq, sərhəd pozucuları əmrə tabe olmayaraq hava şəraitinin qaranlıq və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə qaçıblar. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılaraq, xidməti ərazi qapadılıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhədboyu ərazidə gizlədilmiş 17 kiloqram narkotik vasitəyə bənzər maddələr aşkar olunaraq götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu