Azərbaycan məktəblərində sonuncu dərs günü - NƏLƏR OLDU?
Bu gün 2021-2022-ci tədris ilinin sonuncu zəngi çalındı. On minlərlə şagird 11 il təhsil aldıqları məktəbə “əlvida” deyib, yeni həyata qədəm qoydular. Bakı şəhər 5 nömrəli tam orta məktəbin 11-ciləri də bu gün doğma məktəbləri ilə vidalaşdılar.
11-ci siniflərlə yanaşı, bu gün 1-cilərin də bayramıdır. Çünki onlar artıq 2-ci sinfə qədəm qoymağın astanasındadırlar.
5 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbiri maraqlı anlarla yadda qaldı.
Xatırladaq ki, 2021-2022-ci tədris ilində Bakı şəhəri üzrə gözlənilən şagird buraxılışı 23505 nəfər olub.
Onu da qeyd edək ki, 2021-2022-ci tədris ili üzrə orta ümumtəhsil məktəblərini ümumilikdə 91 min şagird bitirir.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib